Sorqo

Sorqo
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Sorqo
Beynəlxalq elmi adı

Sorqo (lat. Sorghum) — qırtıckimilər ailəsindən olan birillik və çoxillik cinsləri olan ot bitkisi[1]. Asiya, Afrika, CənubiŞimali Amerika, AvropaAvstraliyada yayılmışdır.

Sorqo şoranlığa, quraqlığa qarşı davamlı olmaqla pöhrə vermək qabiliyyətinə məxsusdur. Bu üstün cəhətlər onu dağ və aran rayonlarında yetişdirib yaşıl və qaba yem kimi istifadə olunmasına imkan verir. Sorqo qağıdalı, buğda, arpa, vələmir və s. bitkilərə nisbətən 2–3 dəfə az su tələb edir. O, çox qidalı bitkidir, tərkibində 70% nişasta, 12% zülal, 3,5% yağ vardır. Sorqo bitkisindən 800–900 sen yaşıl kütlə, 30–35 sen dən məhsulu almaq mümkündür. Qarışıq əkində məhsuldarlıq 20%-dan artıq olur.

Sorqo bitkisi üçün torpağın becərmə üsulu, vaxtı və əsas şumun dərinliyi torpaq-iqlim şəraitindən, sələflərdən və torpağın alaqlanma dərəcəsindən asılı olaraq dəyişir

Payızda sələflərin məhsulu toplanan kimi sahə 27–30 sm dərinliyində şumlanır və şum altına 2–3 sen superfosfat gübrəsi verilir. Sonra tarla iki istiqamətdə eninə və uzununa malalanır. Suvarılan torpaqlarda ehtiyat nəmlik yaratmaqdan ötrü yanvar, fevral aylarında sorqo əkiləcək torpaqlar qış aratına qoyulur. Səpinqabağı sahələr üzdən yumşaldılır və malalanır.

Arata qoyulan torpaqlara isə yalnız mala çəkilir, kifayət qədər yağıntı düşməyən dağətəyi dəmyə rayonlarda əsas şumdan əvvəl torpağı 8–10 sm dərinlikdə diskilənir, onun dalınca sahələr malalanır ki, səpindən qabaq yumşaq və alaqsız olsun. İkinci kultivasiya zamanı hər hektara 150 kq superfosfat və 100 kq kalium gübrəsi vermək lazımdır.

  1. The Plant List: Sorghum Arxivləşdirilib 2017-09-06 at the Wayback Machine

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search